`Gələcəyimiz təhlükə altındadır` - Erməni ekoloq


21:51     16 May 2016 saqatelyan7.jpg

Ermənistanın Ekoloji Noosfer Araşdırmaları Mərkəzinin direktoru Armen Saqatelyan ölkədəki ekoloji vəziyyətlə bağlı həyəcan təbili çalır.


Femida.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, A. Saqatelyan bildirib ki, hazırda ölkənin gələcəyi təhlükə altındadır.

Ekoloqların və təbiət araşdırmaçılarının fikrincə, Ermənistan “Yaşıl iqtisadiyyat” mədəniyyətindən məhrum olub. Ermənsitanın təbii resurslarından uzun illər ərzində çoxsaylı ekoloji pozuntularla istifadə olunur.

Ermənistanın ekologiya nazirinin müavini Qaqik Melkonyan isə bildirib ki, iqtisadi artımı təmin etməklə yanaşı, ekoloji problemlərə səbəb olmayacaq metodlar üzərində iş aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2210


Oxşar xəbərlər